Salome Zurabişvili - polis işçiləri aksiya gecəsi görünməyən zoraklıq altında idilər və uzun müddət zoraklığa dözdülər
Salome Zurabişvili - polis işçiləri aksiya gecəsi görünməyən zoraklıq altında idilər və uzun müddət zoraklığa dözdülər

Polis işçiləri aksiya gecəsi görünməyən zoraklıq altında idilər və uzun müddət zoraklığa dözdülər, – bu barədə Gürcüstan prezidenti, Salome Zurabişvili Atoneli Sarayında bəyan etdi. Burada o, aksiya gecəsi yüksək peşakarlığa görə, tibb işçilərini mükafatlandırdı. Nitqlə çıxışı zamanı hüququmühafizəçilər və jurnalitlər barəsində söhbət etdi.

“Bu günki gün xüsusidir, istəyirəm ki, minnətdarlıq günü olsun. İyunun 20-21-də tibb işçiləri fədakarlıqla işlədilər. Vaxtında vətəndaşlarımıza tibbi yardım göstərdilər. Bütün ictimaiyyət adından onlara minnətdarlığımı bildirmək istəyirəm.

Həmçinin həmin gecəsi, öz vəzifələrini yerinə yetirən jurnalistlərə təşəkkürümü bildirirəm. Eləcə də polis işçilərinə  minnətdarlığımı bildirmək istəyirəm. Onlar aksiya gecəsi görünməyən zoraklıq altında idilər və uzun müddət zoraklığa dözdülər”, – Salome Zurabişvili bəyan etdi.