Salome Zurabişvili - Pasxa qırmızı cüməyə əsaslanan kimi, referendum və Gürcüstanın müstəqilliyinin bərpası da 9 aprel faciəsinə əsaslanır
Salome Zurabişvili - Pasxa qırmızı cüməyə əsaslanan kimi, referendum və Gürcüstanın müstəqilliyinin bərpası da 9 aprel faciəsinə əsaslanır

Pasxa qırmızı cüməyə əsaslanan kimi, referendum və Gürcüstanın müstəqilliyinin bərpası da 9 aprel faciəsinə əsaslanır, – bu sözləri Gürcüstan prezidenti Salome Zuravbişvili Dövlət mərasimləri sarayında verdi, harda 9 apreldə həlak olanların ailə üzvləri üçün qəbul keçirildi.

“9 aprel hər bir gürcü üçün xüsusi tarixdir. Bu yaxın tariximizin ən yadda qalan faciələrindən biridir, ancaq faciələr bizi daha da gücləndirir. Bütün tariximiz də bunun sübutudur. Məhz 9 aprel faciəsindən sonra, millətimizə Sovet İmperiyasından çıxmaq və müstəqil bir dövlət olmaq gücü verildi” – dedi Salome Zurabişvili.

9 aprel faciəsindən 30 il keçdi.

1989-cu ilin aprelin 9-da, səhərə yaxın, Sovet İttifaqının silahlı qüvvələrinin hissəsi, Tbilisinin mərkəzində, parlament binasının yanında dinc etiraz aksiyasını dağıtdı və bu hadisə onlarca insanın ölümü ilə nəticələndi.

21 nəfər ölənlərdən başqa, minlərlə vətəndaş naməlum tərkibli qazla zəhərləndi.

Faciədən sonra, 1991-ci ilin aprelin 9-da isə, Ali Şura Gürcüstanın Dövlət Müstəqilliyinin bərpasını elan etdi.