Salome Zurabişvili - Partnyotlarımız artıq sadəcə digər münaqişələr və Ukrayna haqqında danışmırlar və Gürcüstan gündəmə qayıdır
Salome Zurabişvili - Partnyotlarımız artıq sadəcə digər münaqişələr və Ukrayna haqqında danışmırlar və Gürcüstan gündəmə qayıdır

Bütün işarələr göstərir ki, xarici partnyotlarımız artıq sadəcə digər münaqişələr və Ukrayna haqqında danışmırlar və Gürcüstan gündəmə qayıdır, – bu barədə bəyanatı Salome Zurabişvili gürcü jurnalistləri ilə söhbət zamanı, BMT-yə səfərini dəyərləndirərkən verdi.

Salome Zurabişvili keçirdiyi görüşləri yekunlaşdırdı və qeyd etdi ki, baş assambleyada Gürcüstanın işğal edilmiş əraziləri haqqında bir çox bəyanat verildi.

Salome Zurabişvilinin dediyinə görə, iki tərəfli görüşlər zamanl diqqət yetirilən bir digər əsas mövzu Gürcüstanın Avro-atlantik inteqrasiyası idi.

“Biz bu istiqamətdə çalışırıq və hansı proqramlara, hansı siyasətlərə qoşulmaq istədiyimizi  dəqiq bilirik və partnyorlarımız da bizi müəyyən qədər dəstəkləyirlər” – dedi Salome Zurabişvili.