Salome Zurabişvili - Partnyorlarımıza ümid edirik, onlar vasitəçilərimiz olmasalar da, Gürcüstanın vəkilləri ola bilərlər
Salome Zurabişvili - Partnyorlarımıza ümid edirik, onlar vasitəçilərimiz olmasalar da, Gürcüstanın vəkilləri ola bilərlər

Partnyorlarımıza ümid edirik, onlar vasitəçilərimiz olmasalar da, Gürcüstanın vəkilləri ola bilərlər və Rusiyaya başa sala bilərlər ki, qonşularla sadəcə bir-birinə hörmət prinsiplərinə əsaslanan münasibətlər olmalıdır, – bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili “Doiçe Velle” ilə müsahibə zamanı Gürcüstan-Rusiya münasibətləri haqqında söz edərkən dedi.

Gürcüstan prezidenti Rusiya ilə diplomatik əlaqələrin olmaması fonunda, partnyor ölkələrin rolunun zərurətini vurğuladı.

“Gürcüstan qeyri-stabil bir regionun ən dinc ölkələrindən biridir. Regionda bir çox münaqişə nöqtələrinin olmasına rəğmən, biz ölkəmizdə sabitliyi qorumağı bacrırıq. Böyük qonşularımız da bu sabitliyimizə hörmət etməlidirlər və xarici partnyorlarımız bu məsələyu Rusiyaya çatdırmaqda, bizə yardım etməlidirlər” – dedi Salome Zurabişvili.