Salome Zurabişvili onuncu çağırış Parlamentinə illik hesabatını yaz sessiyasında təqdim etməlidir
Salome Zurabişvili onuncu çağırış Parlamentinə illik hesabatını yaz sessiyasında təqdim etməlidir

Gürcüstan prezidenti, Salome Zurabişvili onuncu çağırış Parlamentinə illik hesabatını yaz sessiyasında təqdim etməlidir.

Reqlamenti nəzərə alaraq, Parlament bir qayda olaraq, yaz sessiyasının ilk plenar iclası günündə ölkənin vəziyyətinin ən önəmli məsələləri barəsində prezidentin hərillik hesabatını dinləyir.

Qanunvericilik orqanı prezidentin Parlamentə gəlməsi tarixini prezident administrasiyası ilə razılaşdırır. Ötən il Salome Zurabişvili deputatlara sıra ilə ikinci illik hesabatını 4 martda təqdim etdi.

Reqlamentə əsasən, prezidentin çıxışının başa çatmasından sonra nitqlə fraksiya sədrləri çıxış edirlər. Onların çıxışı on dəqiqədən artıq olmamalıdır.