Salome Zurabişvili - Novruz Bayramı ölkəmizin mədəniyyət və ənənələrinin rəngarəngliyinin nümunəsidir
Salome Zurabişvili - Novruz Bayramı ölkəmizin mədəniyyət və ənənələrinin rəngarəngliyinin nümunəsidir

Gürcüstan prezidenti, Salome Zurabişvili Gürcüstan azərbaycanlılarının Novruz Bayramını təbrik edir.

“Bu gün yazın gəlişi, Novruz Bayramı qeyd olunur, hansı da ki, təbiətin oyanması, yeni enerji ilə dolmaq deməkdir və yeni başlanğıcın, daha artıq gələcək ümidinin rəmzidir.

Gürcüstanda Novruz Bayramının qeyd olunmasının çoxəsrlik tarixi var. Bu, ölkəmizin mədəniyyət və ənənələrinin rəngarəngliyinin aydın nümunəsidir.

Pandemiya səbəbindən təəssüflər olsun ki, bu qədim bayramın birgə qeyd olunması imkanı bul il də verilmir. İnanıram birgə səylərlə pandemiya dəf ediləcək və gələcəkdə Novruz Bayramının qeyd edilməsi həmişə Gürcüstanın yazını gözəlləndirəcək.

Gürcüstan azərbaycanlılarını, Novruz Bayramını qeyd edən bütün vətəndaşları bu bayram münasibətilə təbrik edirəm. Gürcüstan və onun hüdüdları kənarında bu bayramı qeyd edənləri yazın, yeni günün gəlməsi bayramı münasibətilə təbrik edirəm. Sülh, sağlamlıq və xoşbəxt gələcək arzulayıram”, – prezidentin təbrikində deyilir.