Salome Zurabişvili - Məni öldürsəniz də, amnistiya ilə bağlı şərh verməyəcəm
Salome Zurabişvili - Məni öldürsəniz də, amnistiya ilə bağlı şərh verməyəcəm

Gürcüstan prezidenti Salome Zurabişvili məhbusların əfv edilməsi qərarı ilə bağlı şərh verməkdən imtina edir.

Gürcüstan prezidenti pedofiliyaya görə həbs edilən məhbusun həbsxanadan azad edilməsi ilə bağlı yayılan məlumatı da şərhləndirmək istəmir.

“Əfv qərarı ilə bağlı açıqlama vermək haqqım yoxdur. Məni öldürsəniz də şərh verməyəcəm” – dedi Tbilisoba bayramı ilə bağlı şəhərin mərkəzinə çıxan Salome Zurabişvili.

Gürcüstan prezidenti vətəndaşları “Tbilisoba” ilə təbrik etdi.