Salome Zurabişvili - Mən elə bir ölkənin prezidenti deyiləm, nə də olmayacam, hansı ki, sonradan öz kursunu və seçimini dəyişir və bundan əmin ola bilərsiniz
Salome Zurabişvili - Mən elə bir ölkənin prezidenti deyiləm, nə də olmayacam, hansı ki, sonradan öz kursunu və seçimini dəyişir və bundan əmin ola bilərsiniz

Mən elə bir ölkənin prezidenti deyiləm, nə də olmayacam, hansı ki, sonradan öz kursunu, seçimini və konstitusiyada qoyulan məqsədlərini dəyişir. Bundan əmin ola bilərsiniz – bu barədə bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə illik hesabatını təqdim edərkən verdi.

Salome Zurabişvilinin dediyinə görə, iqtidar və müxalifət arasında fikir ayrılığı, hələ ki, seçki qabağı dövrdə təbii bir prosesdir, ancaq ölkənin çətin bir geo-siyasi regionda yerləşdiyi şərtlərdə və onun 20 fazinin işğal altında olduğu vəziyyətdə, hər iki tərəf də daha diqqətli və daha məsuliyyətli olmalıdır.

“Siyasi krizisnin qarşıdurma və destabilizasiaya çevrilməsinə izin verməməliyik. İşğal mövzusu isə, siyasi spekulyasiya obyekti olmamalıdır. Ölkənin kursunun dəyişdirilməsi ilə bağlı ittihamlar isə, əsassız və təhqir edicidir. Bizim məqsədimiz hər zaman olduğu kimi, Avropa ailəsinin layiqli üzvü olmaqdır. Aid olduğumuz yerə qayıtmaqdır. Bu, ölkəmizə müstəqillik gətirənlərin qarşısındaki borcumuzdur” – dedi Salome Zurabişvili.