Salome Zurabişvili Mehriban Əliyevanın doğum gününü təbrik etdi
Salome Zurabişvili Mehriban Əliyevanın doğum gününü təbrik etdi

Gürcüstan prezidenti, Salome Zurabişvili Azərbaycan Respublikasının birinci xanımı, Mehriban Əliyevanın doğum gününü təbrik etdi.

Gürcüstan prezidenti administrasiyasının məlumatına görə, Gürcüstan prezidenti Azərbaycan tərəfinə işğal olunmuş Abxaziyada keçirilən qondarma prezident seçkilərini pislədiyinə görə, minnətdarlığını bildirdi.

“Gürcüstan prezidenti və Azərbaycanın vitse-prezidenti arasında çox səmimi söhbət baş tutdu. Salome Zurabişvili Azərbaycan tərəfinə işğal olunmuş Abxaziyada keçirilən qondarma prezident seçkilərini pislədiyinə, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədinə və həmrəyliyinə görə, minnətdarlığını bildirdi.

Xanım Mehriban Əliyeva Gürcüstan və Azərbaycan arasında mövcud dostluq əlaqələrini xüsusilə qeyd etdi və onların daha da dərinləşdirilməsi barəsində istəyini ifadə etdi”, – administrasiya tərəfindən yayılan məlumatda deyilir.