Salome Zurabişvili jurnalistlərə müraciət etdi - Prezident Sarayı sizin eviniz olacaqdır (foto)

Burada sizin eviniz olacaqdır – Gürcüstan prezidenti Salome Zurabişvili Atoneli küçəsində yerləşən Prezident Sarayında jurnalistlərə bu cür müraciət etdi.

Onun dediyinə görə, Atoneli Sarayında o, inzibati fliqeldə işə başlayacaq.

O, jurnalistlər ilə əlaqələr barəsində söhbət etdi və qeyd etdi ki, Gürcüstan prezidentinin media ilə tez-tez üzdəniraq “off the record” görüşləri olacaq.

Onun dəyərləndirməsinə görə, bənzər format hamı üçün maraqlı olacaq.

Bununla yanaşı onun qeyd etdiyinə görə, prezident administrasiyasında mətbuat ilə əlaqələr üzrə işi Natiya Pavliaşvili davam etdirəcək.

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə, Atoneli küçəsində yerləşən Prezident Sarayına ilk dəfə getdi.