Salome Zurabişvili Cenevrə diskussiyalarının həmsədrlərinin, işğal rejimi tərəfindən bağlanan keçid məntəqələrinin açılması ilə bağlı bəyanatlarını salamlayır
Salome Zurabişvili Cenevrə diskussiyalarının həmsədrlərinin, işğal rejimi tərəfindən bağlanan keçid məntəqələrinin açılması ilə bağlı bəyanatlarını salamlayır

Gürcüstan prezidenti Salome Zurabişvili Cenevrə diskussiyalarının həmsədrlərinin, Gürcüstanın işğal edilmiş ərazilərindəki keçid məntəqələrinin açılması ilə bağlı bəyanatlarını salamlayır.

“Cenevrə diskussiyalarının həmsədrlərinin, işğal xəttindəki keçid məntəqələrinin açılması ilə bağlı bəyanatlarını salamlayıram. Beynəlxalq ictimaiyyətə etdiyim dünənki müraciətimdən sonra, ümid edirəm ki, işğal xəttində, insan hüquqlarının qorunması baxımından tərəqqi hiss olunacaq” – yazır Salome Zurabişvili mikrobloq Twitter-də.

Xatırladaq ki, Cenevrə Beynəlxalq Danışıqları həmsədrləri, Gürcüstanda, işğal edilmiş Sxinvali regionunun inzibati xəttinin ətrafında yaranan vəziyyətlə bağlı bəyanat yaydılar və Cənubi Osetiyanın qondarma rəhbərliyinə müraciət etdilər ki, bağlanan bütün keçid məntəqələri geri açılsın.