Salome Zurabişvili İsrail prezidenti, Ruven Rivlin ilə telefonla söhbət etdi
Salome Zurabişvili İsrail prezidenti, Ruven Rivlin ilə telefonla söhbət etdi

Gürcütan prezidenti, Salome Zurabişvili İsrail prezidenti, Ruven Rivlin ilə telefonla söhbət etdi.

Prezident administrasiyasının məlumatına görə, prezidentlər Gürcüstan və İsraildə koronavirus ilə bağlı yaranmış durumu müzakirə etdilər və böhrandan sonrakı dövrdə bir neçə konkret istiqamət üzrə əməkdaşlıq məsələlərində razılığa gəldilər.

“Salome Zurabişvili və Ruven Rivlinin bəyanatına görə, koronavirusa qarşı vaksinin yaradılması üzrə ölkələr arasında sıx əməkdaşlıq əhəmiyyətlidir.

Qeyd olundu ki, Gürcüstan üçün İsrailin yükək texnologiya sektorunun təcrübəsinin paylaşılması, həmçinin əhəmiyyətlidir”, – prezident administrasiyasının məlumatında deyilir.