Salome Zurabişvili - İşğal edilmiş Qali rayonunda baş verən faciə ölkəmiz üçün ağır vəziyyətin davam etdiyinin əlamətidir və buna göz yummayacağıq
Salome Zurabişvili - İşğal edilmiş Qali rayonunda baş verən faciə ölkəmiz üçün ağır vəziyyətin davam etdiyinin əlamətidir və buna göz yummayacağıq

Gürcüstan prezidenti Salome Zurabişvili Qalidə, de-fakto iqtidar tərəfindən həbs edilən İrakli Kvaratsxelianın ölüm faktı ilə bağlı narahatçılığını bildirir.

“İşğal edilmiş Qali rayonunda baş verən faciə ölkəmiz üçün ağır vəziyyətin davam etdiyinin əlamətidir və buna göz yummayacağıq. Ölən vətəndaşımızın ailə üzvlərinə bu ağır günlərində baş sağlığı və səbr diləyirəm” – dedi prezident.

Qalidə de-fakto iqtidar tərəfindən həbs edilən İrakli Kvaratsxelianın ölüm faktı ilə bağlı məlumat bugün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yayıldı.