Salome Zurabişvili - İnsan Haaqları Avropa Məhkəməsinin qərarı Gürcüstanın qələbəsidir
Salome Zurabişvili - İnsan Haaqları Avropa Məhkəməsinin qərarı Gürcüstanın qələbəsidir

Gürcüstan prezidenti, Salome Zurabişvili 2008-ci il müharibəsi işi üzrə Strasburq Məhkəməsi qərarını tarixi adlandırır və onu Gürcüstanın qələbəsi kimi dəyərləndirir.

Bu barədə Salome Zurabişvili “tvitter” sosial şəbəkəsində yazdı.

“Sovet işğalından 100 il sonra, mütəqilliyimizi bərpasından 30 il sonra, 2008-ci il mharibəsindən 12 il sonra, Strasburq Məhkəməsi tarixi qərarı qəbul etdi. İnsan Haqqları Avropa Məhkəməsinin qərarı Gürcüstanın qələbəsidir”, – Gürcüstan prezidenti, Salome Zurabişvili yazır.

2008-ci il müharibəsi işi üzrə Strasburq Məhkəməsi qərarını elan etdi. Strasburq Məhkəməsi Gürcüstanın tələbi ilə razılaşdı ki, Rusiya avqust müharibəsi zamanı İnsan Hüquqları Avropa Konvensiyasının bir neçə maddəsini pozdu.

Şərh yaz