Salome Zurabişvili - İnanıram ki, Kutaisi Beynəlxalq Universitetində Azərbaycanlı və erməni tələbələri bərabər təhsil alacaqlar və bu məkan bizim üçün dəyərli olan iki millətin barışmasının başlanğıcı olacaq
Salome Zurabişvili - İnanıram ki, Kutaisi Beynəlxalq Universitetində Azərbaycanlı və erməni tələbələri bərabər təhsil alacaqlar və bu məkan bizim üçün dəyərli olan iki millətin barışmasının başlanğıcı olacaq

İnanıram ki, Kutaisi Beynəlxalq Universitetində Azərbaycanlı və erməni tələbələri bərabər təhsil alacaqlar və bu məkan bizim üçün dəyərli olan iki millətin barışmasının başlanğıcı olacaq, – bu bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili Kutaisi Beynəlxalq Universitetinin açışılında nitqlə çıxış edərkən verdi.

Onun dediyinə görə, mehriban qonşuluq Qafqazın taleyidir və bunun qarşısında heçkəs və heç bir şey dura bilməz.

Bununla yanaşı, Gürcüstan prezidenti qeyd etdi ki, yeni açılan Kutaisi Beynəlxalq Universiteti Abxaziya və Osetiyata yaşayan gənclər üçün uzadılan bir əldir.

“Bugün Kutaisiyə, ölkədə və regionda və hətta dünyada böyük missiya verilir. Kutaisi Beynəlxalq Universiteti Abxaziya və Osetiyata yaşayan gənclər üçün də uzadılan əldir. Onlara imkan verilir ki, burada təhsil alıb, özlərini müasir dünyanın bir hissəsi kimi hiss etsinlər.

Mən həmçinin, inanıram ki, Kutaisi Beynəlxalq Universitetində Azərbaycanlı və erməni tələbələri bərabər təhsil alacaqlar və bu məkan bizim üçün dəyərli olan iki millətin barışmasının başlanğıcı olacaq, çünki mehriban qonşuluq Qafqazın taleyidir və bunun qarşısında heç bir şey dura bilməz.

Kutaisi öz ictimaiyyəti ilə, keçmişi ilə, şəhər mədəniyyəti ilə, mehribanlığı və əvəzi olmayan yumoru ilə, Qafqazın yeni tarixinin başlanğıcı olacaq və qlobal miqyasda yerini alacaq” – dedi Salome Zurabişvili.