Salome Zurabişvili - Hərkəsə müraciət etmək istəyirəm ki, bu il Gürcüstanda istirahət etsinlər
Salome Zurabişvili - Hərkəsə müraciət etmək istəyirəm ki, bu il Gürcüstanda istirahət etsinlər

Acarıstan iqtidarı ilə bugün ilk dəfə görüşdüm və burada bir çox maraqlı yeni investisiya layihələri gördüm, – bu barədə bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili verdi.

Salome Zurabişvili qeyd etdi ki, Acarstanda turizm baxımından müəyyən problemlər yarandı, ancaq real olaraq, bu problemlər regionda turizmin artmasına mane ola bilməyəcək.

“Yenə bir dəfə fürsətdən istifadə edib, hərkəsə müraciət etmək istəyirəm  ki, cari ildə Gürcüstanda istirahət etsinlər. Gələn həftə Batumiyə önəmli bir konfransda iştirak etmək üçün gələcəm və bu mövzu haqqında yenə danışacam.

Buraya Avropalı partnyorlarımız gələcəklər və söz etdiyim konfrans Avropa İttifaqı ilə Gürcüstanı yaxınlaşdıran növbəti tədbir olacaq” – dedi Salome Zurabişvili.