Salome Zurabişvili - heç kim düşünə bilməz ki, bu gün Putinlə nəsə effektli ola bilər
Salome Zurabişvili - heç kim düşünə bilməz ki, bu gün Putinlə nəsə effektli ola bilər

Heç kim düşünə bilməz ki, bu gün Putinlə nəsə effektli ola bilər, – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili “Politico” Amerika nəşrinin Avropa bürosu ilə müsahibəsində bəyan etdi.

Gürcüstan prezidentinin dediyinə görə, onun əsas məqsədi, Gürcüstanı NATO və Avropa İttifaqı ilə yaxınlaşdırmaqdır.

Salome Zurabişvili həmçinin, Fransanın Avropa İttifaqı monitorinq missiyasında iştirakını xüsusi ilə qeyd etdi.

“Bu gün Fransa çox şey edir. Bu keçmişdə təssəvvür olunmaz idi. Makron qeyd etdi ki, Paris Gürcüstanı dəstəkləyir”, – Salome Zurabişvili bəyan etdi.

“Politico”-nun məqaləsində deyilir ki, Gürcüstan prezidenti ilk rəsmi səfərini Fransaya etdi.

“Bu səfər onun üçün vətənə qayıtmaq kimi idi”, – “Politico” yazır.

Məqalədə yazılır ki, Zurabişvilinin əcdadları müstəqillik üçün mübarizə aparan fəallar idilər və 1921-ci ildə, Sovet İttifaqı işğalı zamanı vətəni tərk etdilər.

“Bu hadisələrdən bir əsr sonra, rus təmayüllü namizədə qarşı çıxdığı zaman, onu, övladlarının qətli ilə hədələdilər”, – “Politico” yazır.

“Politico”-nun dəyərləndirməsinə görə, Zurabişvili əksər hallarda sərtdir, lakin diplomatiyanı qiymətləndirir.

“Heç kim düşünə bilməz ki, bu gün Putinlə nəsə effektli ola bilər”, – Salome Zurabişvili bəyan edir.

Zurabişvili həmçinin bəyan edir ki, Fransa Gürcüstanın əsas partnyorudur.