Salome Zurabişvili "Gürcüstanda bir yay keçir" kampaniyasına qoşuldu və xariciləri Gürcüstana dəvət etdi

Gürcüstan prezidenti Salome Zurabişvili “Gürcüstanda bir yay keçir” kampaniyasına qoşuldu və xariciləri Gürcüstana çağırdı.

Bu məqsədlə o Batumi şəhərindən video-müraciət yaydı.

“Biz Qara Dənizin gürcü riviyerasının ən yüksək yerindəyik. Arxamda ən müasir şəhərlərdən biri olan Batumi və onun sahili görünür. Düşünürəm ki, bu dünyanın ən unikal yerlərindən biridir, harda mədəniyyət gözəlliklə qarşılaşır. Burda həmçinin, arxeolojik yerlərimiz də var. Sizi Gürcüstanda, gürcü qonaqpərvərliyi ilə gözləyirik. Gürcüstanda bir yay keçirin” – deyir Salome Zurabişvili öz video-müraciətində.