Salome Zurabişvili - Gürcüstan bugün onunla təhdid dilində danışan və şübhə ilə baxan qonşusunun istədiyindən daha güclüdür
Salome Zurabişvili - Gürcüstan bugün onunla təhdid dilində danışan və şübhə ilə baxan qonşusunun istədiyindən daha güclüdür

Gürcüstan bugün onunla təhdid dilində danışan və şübhə ilə baxan qonşusunun istədiyindən daha güclüdür – bu barədə bəynatı Gürcüstan prezidenti Salome Zurabişvili Qax rayonunda yaşayan gürcülərlə görüş zamanı verdi.

Salome Zurabişvili qeyd etdi ki, şimali qonşusundan tez-tez təhdid mesajları alır.

Onun dediyinə görə, işğal altında olan ərazilər şimali qonşusu tərəfindən Gürcüstanı gücsüzləşdirmək üçün istifadə edilirlər.

“Bütün bunlara baxmayaraq, Gürcüstan bugün onunla təhdid dilində danışan şimali qonşusunun istədiyindən çox daha müstəqil və güclüdür” – dedi Salome Zurabişvili.

Xatırladaq ki, bu günlərdə Rusiya Xarici İşlər Nazirinin müavini Qriqori Karasin bəyan etdi ki, əgər NATO-nun Cənubi Qafqazdaki fəallığı daha da inkişaf etsə, bu vəziyyət gec-tez Rusiya ilə problemin yaranmasına gətirib çıxardacaq.

Həmçinin, Karasinin bəyanatına görə, Gürcüstanın Avro-atlantik məkana yaxınlaşması və ərazisində NATO təlimlərini keçirilməsi Rusiya ilə olan münasibətlərinə mənfi təsir verir.