Salome Zurabişvili Giorgi Ruruayı əvf etməyəcək [Video]
Salome Zurabişvili Giorgi Ruruayı əvf etməyəcək [Video]

Gürcüstan prezidenti Salome Zurabişvili Giorgi Ruruayı əfv etməyi düşünmür.

Bu barədə bəyanatı prezident Salome Zurabişvili dünən verdi.

Prezidentin dediyinə görə, o İrakli Okruaşvili və Gigi Uqulava halında etdiyini təkrarlamayacaq.

“Üç ay bundan əvvəl mənim üçün çox çətin və ictimaiyyətin bir hissəsi üçün qeyri-məqbul bir qərar verdim. O insanlar, onların pretenziyalarına baxmayaraq, siyasi məhbuslar deyil, adi cinayətkarlar idilər. Mən onları siyasi məhbus olaraq deyil, suçluları əfv edən kimi əfv etdim, çünki düşündüm ki, bu addım konstitusiya dəyişikliklərinin qəbul edilməsinə yardımçı olacaq və ölkədə demokratik və sakit seçki prosesini pozmaq istəyən qüvvələrə destabilizasiya imkanı verməyəcək. Giorgi Ruruayı mən əfv etməyəcəm və bu qərarı kimsə və heçnə dəyişdirə bilməyəcək” – dedi Gürcüstan prezidenti.

Qeyd olunan bəyanatı Salome Zurabişvili Orbeliani sarayında, rəssam Mamuka Tsetsxladze və 10 yaşlı musiqiçi Tsotne Zedgenidzenin karantində yaratdıqları sənət əsərlərinin təqdim edilmə mərasimində nitqə çıxış edərkən verdi.

Tədbirdə diplomatik korpusun nümayəndələri də iştirak edirdilər.