Salome Zurabişvili - Fransa Amerika ilə bərabər müdafiyə qabiliyyətimizin qorunmasında əsas partnyorlarımızdan biri oldu
Salome Zurabişvili - Fransa Amerika ilə bərabər müdafiyə qabiliyyətimizin qorunmasında əsas partnyorlarımızdan biri oldu

Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə çıxışı zamanı Fransa və Almaniyaya səfəri haqqında danışdı.

Salome Zurabişvili qeyd etdi ki, Fransaya səfəri ona imkan verdi ki, Gürcüstanın adı ilə Fransaya təşəkkür etsin.

“Fransaya 1921-ci ildə Gürcüstanın siyasi emiqrantlarına sığınacaq verdiyinə və tarixi dəyərlərimizi bizə geri qaytardığına görə təşəkkür etmək imkanım oldu.

O həmçinin, 2008-ci ildə, ölkəmizə atəşkəs prosesində yardım etmişdi. Prezident imzası ilə Dimitri Amilaxvari mədəni dialoqunun əsaslanması da çox simvolikdir” – dedi Salome Zurabişvili.

Onun dediyinə görə, Fransa Amerika ilə bərabər müdafiyə qabiliyyətinin qorunmasında Gürcüstanın əsas partnyorlarından biri oldu.

Bununla yanaşı, prezident Almaniyaya səfəri barədə də danışdı və qeyd etdi ki, Almaniya hər zaman Gürcüstan siyasətinə və iqtisadi və mədəni inkişafına dəstək verir.

“Kansler Merkel Gürcüstanla iki tərəfli iqtisadi əlaqələrin fəallaşdırılmasına və gürcü mədəniyyətinin Almaniyada populyarlaşdırılmasına dəstək verməyə hazır olduğunu bildirdi.

Alman şirkətləri isə, Gürcüstanda planlaşdırılan infrastruktur layihələrinə böyük maraq göstərdilər” – dedi Salome Zurabişvili.

Şərh yaz