Salome Zurabişvili - Enquri körpüsünün o tərəfində yaşayan həmvətənlilərimizi unutmaq olmaz, bu gün ayrı düşmüşük, lakin birlikdəyik və bir-birimizi təbrik etməliyik
Salome Zurabişvili - Enquri körpüsünün o tərəfində yaşayan həmvətənlilərimizi unutmaq olmaz, bu gün ayrı düşmüşük, lakin birlikdəyik və bir-birimizi təbrik etməliyik

Gürcüstan prezidenti, Salme Zurabişvili uşaqlara Ziqdididə “prezidentin yeni il ağacında” ev sahibliyi etdi.

Salome Zurabişvili bayram tədbirinə Qiqa Otxozoriyanın ailəsi üzvləri ilə birlikdə getdi.

Gürcüstan prezidenti administrasiyasının məlumatına görə, konsert başlayana qədər prezident toplaşanlara nitqlə müraciət etdi və bir dəqiqəlik sükutla, Qiqa Otxazoriyanın xatirəsini yad etdi.

“Qarşıdan gələn Milad Bayramınızı təbrik edirəm. Xoşbəxtlik arzulayıram!

Mən buraya tək gəlməmişəm. Mən sizin yanınıza Qiqa Otxozoriyanın ailəsi üzvləri ilə birlikdə gəlmişəm.

Bu günki gün bizim ailələrin, nənələr və babaların günüdür. Hər biri nənə və babanın yeni ilini təbrik etmək istəyirəm.

Zuqdididə olarkan, Enquri körpüsünün o tərəfində yaşayan həmvətənlilərimizi unutmaq olmaz, bu gün ayrı düşmüşük, lakin birlikdəyik və bir-birimizi təbrik etməliyik.

Mənim üçün o da önəmlidir ki, prezidentin ilk yeni il ağacı bayramı Tbilisidə deyil, Zuqdididə keçirilir”, – Salome Zurabişvili qeyd etdi.