Salome Zurabişvili - əgər birləşməyi bacara bilmədiksə və düşərgələrə bölümüş olduqsa, biz bu bayrağın layiqi olmayacağıq
Salome Zurabişvili - əgər birləşməyi bacara bilmədiksə və düşərgələrə bölümüş olduqsa, biz bu bayrağın layiqi olmayacağıq

Gürcüstan prezidenti, Salome Zurabişvili ictimaiyyəti Gürcüstanın Dövlət Bayrağı Günü münasibətilə ilə Quriyadan təbrik etdi.

Gürcü bayrağının ucaldılması mərasimi Çoxatauridə, Eristavilər Sarayında keçirildi.

Salome Zurabişvili tədbir iştirakçılarına nitqlə müraciət etdi və bu günki günü münasibətilə sıravi vətəndaşlarla birlikdə gürcü əsgərlərini təbrik etdi.

Prezidentin bəyan etdiyinə görə, bayraq Gürcüstan dövlətinin və burliyinin rəmzidir.

“Sizi bu günki gün, Dövlət Bayrağı Günü münasibətilə təbrik etmək istəyirəm. Bu günki günü Quriyadan təbrik etmək istəyirəm. Quriya öz vaxtında özünü ilk müstəqil elan edən diyardır.

Bayrağımız ilk növbədə dövlətimizin, onun birliyinin rəmzidir. Bu bizim tariximizin rəmzidir. Bu bayraqda hər şey əks olunubdur – Gürcüstan, onun xristianlığı, onun tarixi. Bu ən qədim bayraqlardan biridir. Bu bayraqla biz Avropaya nəinki daxil oluruq, biz artıq Avropadayıq.

Bu bayraq bizim birliyimizin bayrağıdır. Bu bayraqla bir çox işlər görülür, bu bayraq altında əsgərlərimiz dururlar, bu bayraqla biz xaricə çıxırıq və bizi bu bayraqla tanıyırlar. Həmçinin bu bayraqla bizim idmançılarımız xaricdə qələbə qazanırlar. Əgər birləşməyi bacara bilmədiksə və düşərgələrə bölümüş olduqsa, biz bu bayrağın layiqi olmayacağıq”, – Salome Zurabişvili bəyan etdi.

Gürcüstan prezidenti hamıya sülh, xoşbəxtlik və uğurlu il arzuladı.