Salome Zurabişvili - Əfv ilə bağlı mənim qərarım polisə qarşı təhqirdirsə, söz verirəm ki, hökümət başçısının polisə olan münasibətinin şübha altında qalmasına imkan verməyəcəm
Salome Zurabişvili - Əfv ilə bağlı mənim qərarım polisə qarşı təhqirdirsə, söz verirəm ki, hökümət başçısının polisə olan münasibətinin şübha altında qalmasına imkan verməyəcəm

“Əfv ilə bağlı verdiyim qərar polisə təhqirdirsə, söz verirəm ki, hökümət başçısının polisə olan münasibətinin şübha altında qalmasına imkan verməyəcəm”, – bu barədə bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili verib.

Prezidentin dediyinə görə, səmimi qəlbdən verilən qərar ictimaiyyətin narahatçılığına səbəb oldu.

Bəzi insanlar prezidentin polisə olan münasibətini sual işarəsi altına qoymağa çalışdılar. Ona görə də, bu məsələ ilə bağlı öz mövqeyimi bildirmək istəyirəm.

Dəfələrlə demişəm ki, polis dövlətin əsas dayanacaqlarından biridir, ona görə də, əgər mənim əfv qərarım polisə qarşı hörmətsizlikdirsə, mən bu məsələnin və polisə olan münasibətimin sual işarəsi altında olmasına izin verməyəcəm.

Xatırladaq ki, Gürcüstan prezidenti mariamoba bayramında 34 məhkumu əfv etmişdi, onların arasında gənc polisi qətl edən şəxs də var.