Salome Zurabişvili Əfqanistanda Bəhram və Kabil bazalarında gürcü əsgərlərini ziyarət etdi [Foto-Video]

Gürcüstan prezidenti Salome Zurabişvili Əfqanistan İslam Respublikasında aparılan beynəlxalq missiyalarda iştirak edən gürcü sülhməramlılarını ziyarət etdi.

Salome Zurabişvili Müdafiyə Naziri Levan İzoriya və Müdafiyə qüvvələrinin başçısı general-mayor Vladimer Çaçibaia ilə bərabər Bəhram aviasiya bazasını yoxladı və əsgərlərlə bərabər yemək yedi.

Prezident administrasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, prezident gürcü sülhməramlılarına etdikləri fəaliyyət üçün təşəkkür etdi.