Salome Zurabişvili Dövlət Müfəttişi Xidməti və Ümumi Məhkəmələr haqqında qanunlara dəyişiklikləri imzalayıb
Salome Zurabişvili Dövlət Müfəttişi Xidməti və Ümumi Məhkəmələr haqqında qanunlara dəyişiklikləri imzalayıb

 

Gürcüstan prezidenti Salome Zurabişvili “Dövlət Müfəttişi Xidməti haqqında” qanuna xidmətin ləğvini və onun əvəzinə yeni strukturların yaradılmasını nəzərdə tutan dəyişiklikləri imzalayıb.

Bu barədə Salome Zurabişvilinin bəyanatında deyilir.

Zurabişvili qeyd edir ki, xidmətin ləğvi və yeni strukturların təsis edilməsi özlüyündə prezident tərəfindən əsaslandırılmış hüquqi xarakterli iradlar üçün əsas vermir.

Eyni zamanda Salome Zurabişvili bildirir ki, o belə mühüm qanunun sürətləndirilmiş şəkildə qəbulunu yolverilməz hesab edir.

“Bu gün “Dövlət Müfəttişi Xidməti haqqında” qanuna xidmətin ləğvini və onun əvəzinə yeni strukturların yaradılmasını nəzərdə tutan dəyişiklikləri imzaladım.
Bu cür struktur dəyişiklikləri ilə bağlı müxtəlif fikirlər olub və indi də var, baxmayaraq ki, bu qərar özlüyündə qəti hüquqi etirazı ehtiva etmir. Xidmətin ləğvi və yeni strukturların təsis edilməsi özlüyündə prezident tərəfindən əsaslandırılmış hüquqi xarakterli iradlar üçün əsas vermir.

Bununla belə, belə mühüm qanunun heç bir konsultasiya və müvafiq müzakirələrdən keçmədən, sürətləndirilmiş şəkildə qəbul edilməsini qəbuledilməz hesab edirəm. Əsasən də ona görə ki, onun sürətləndirilmiş qaydada müzakirə edilməsi zərurəti heç nə ilə əsaslandırılmayıb. Demokratiyanı möhkəmləndirməyi qarşısına məqsəd qoyan bir ölkədə şəxsi məlumatların qorunması kimi kilid məsələlərin müzakirəsi üçün müvafiq vaxt və məkanın həsr edilməməsi qəbuledilməzdir.

Müstəqil xidmət rəhbərinin, 6 il müddətinə seçilən şəxsin peşə fəaliyyəti ilə bağlı əsaslandırılmış irad bildirilmədən, heç bir xəbərdarlıq edilmədən xidmətdən kənarlaşdırılması çox pis presedentdir. Dahası məmurların müstəqilliyinin və toxunulmazlığının möhkəmləndirilməsinin ölkəmiz üçün ən böyük problemlərdən biri olaraq qaldığı bir dövrdə.

Əldə edilən qanunvericilik dəyişiklikləri nəticəsində ədalətsiz vəziyyət yaranıb ki, mən bununla razılaşır və mənfi münasibətimi bildirirəm. Ümid edirəm ki, yeni yaradılan xidmətlərdən birində dövlət müfəttişinin müstəqilliyinin bütün təminatı ilə fəaliyyətini davam etdirməsi üçün həll yolu tapılacaq. Ona qarşı çıxarılan qərar digər işçilərin müstəqillik dərəcəsini də müəyyən edir” – deyə Salome Zurabişvili bildirib.

Bundan əlavə, Salome Zurabişvilinin sözlərinə görə, o, “Ümumi Məhkəmələr haqqında” üzvi qanuna dəyişiklikləri də imzalayıb. Lakin onun sözlərinə görə, sözügedən qanunvericilik dəyişiklikləri də müəyyən sual işarələri yaradır.

“İkinci, “Ümumi Məhkəmələr haqqında” üzvi qanuna , mənim bu gün imzaladığım dəyişikliklərə gəlincə isə, deyilməlidir ki, bu qanunvericilik dəyişiklikləri də bəzi suallar doğurur. Lakin bu dəyişikliklərlə bağlı hüquqi əsaslandırılmış iradların əsasını da qeyri-kafi hesab edirəm. Buna baxmayaraq, bu halda da sual yaranır ki, bu dəyişikliklərlə hakimlərin müstəqillik dərəcəsini nə qədər artırmaq olar. Məsələn, Ali Ədliyyə Şurası üzvlərinin ardıcıl ikinci dəfə yenidən seçilməsi/təyin edilməsi bu imkanın şura üzvlərinin müstəqillik dərəcəsini nə qədər artıracağı və ya kadrların yenilənməsinə nə qədər kömək edəcəyi sual doğurur. Digər dəyişikliklərlə bağlı da oxşar suallar yaranır. Lakin prezident şübhələrə əsaslanaraq qərar verə bilməz. Əvəzində mən qanunverici orqanı qanunun yeni redaksiyasının əhatə etdiyi risklər barədə xəbərdar etmək və onlara xatırlatmaq istəyirəm ki, hakimlərin müstəqilliyi və qərəzsizliyi demokratiyamızın təməl daşıdır. Həmçinin, hər kəsi əmin etmək istəyirəm ki, qanunun icrası prosesinə qarşı çox diqqətli olacağam”-deyə prezidentin bəyanatında qeyd olunub.