Salome Zurabişvili - David Qareci kompleksində kilsələrin qapısının açılması Davit Qareci məsələsinin həllinə doğru yeni bir addımdır
Salome Zurabişvili - David Qareci kompleksində kilsələrin qapısının açılması Davit Qareci məsələsinin həllinə doğru yeni bir addımdır

Gürcüstan prezidenti Salome Zurabişvili baş nazir Giorgi Qaxarianın Azərbaycana səfərinin nəticələrini salamladığını bildirib.

“İki ölkənin milli maraqlarının və tarixinin nəzərə alınması ilə, monastırın qapılarının gürcü ictimaiyyəti üçün açılması Qareci kompleksi və sərhədlərin demarkasiyası məsələsinin həllinə doğru yeni bir addımdır.

Azərbaycan bizim strateji partnyorumuzdur və əminəm ki, birgə səylər nəticəsində, dost ölkələrin maraqlarına uyğun olan qərarlar veriləcək” – deyilir prezidentin bəyanatında.

Xatırladaq ki, baş nazir Giorgi Qaxaria, Bakıya rəsmi səfərindən sonra bəyan etdi ki, Davit Qareci kompleksinin qapıları gürcü ictimaiyyəti üçün artıq açıq olacaq.