Salome Zurabişvili - danışıqlara Kristian Danielsonun mediator olaraq təyin olunmasını alqışlayıram, tərəfləri ölkəni ilk yerdə tutmağa və depolarizasiyaya nail olmaq üçün işləməyə çağırıram
Salome Zurabişvili - danışıqlara Kristian Danielsonun mediator olaraq təyin olunmasını alqışlayıram, tərəfləri ölkəni ilk yerdə tutmağa və depolarizasiyaya nail olmaq üçün işləməyə çağırıram

Gürcüstan prezidenti, Salome Zurabişvili müxalifət və hakimiyyət arasında danışıqlara Kristian Danielsonun mediator olaraq təyin olunmasını alqışlayır. Bu barədə prezident “tvitterdə” yazır.

Salome Zurabişvilinin dediyinə görə, tərəflər arasında depolarizasiya baş verməlidir.

“Müxalifət və hakimiyyət arasında danışıqlara Kristian Danielsonun mediator olaraq təyin olunmasını alqışlayıram. Bu güclü işarədir ki, Avropa gürcüstanın sabitliyi və demokratik inkişafı üçün işini davm etdirir. Bir daha, tərəfləri ölkəni ilk yerdə tutmağa və depolarizasiyaya nail olmaq üçün işləməyə çağırıram”, – Zurabişvili bəyan edir.

Avropa Şurasının prezidenti, Şarl Mişel Gürcüstana şəxsi nümayəndəsini göndərir ki, hansı da Avropa İttifaqı tərəfindən dəstəklənən siyasi dialoqa qoşulacaq. Bu barədə Avropa Şurası tərəfindən yayılan məlumatda deyilir.

Kristian Danielsona Avropa Şurasının prezidenti, Şarl Mişel şəxsi nümayəndəsi statusunu Avropa ali komissarı, Cozef Borel ilə razılaşdıraraq verdi.