Salome Zurabişvili bugün Litvaya gedir
Salome Zurabişvili bugün Litvaya gedir

Gürcüstan prezidenti Salome Zurabişvili bugün Litvaya gedir.

Səfər çərçivəsində, Litva prezidenti Gitanas Nausedasla görüş və sabiq prezident Valdas Adamkusun illik konfransının açılışında nitqlə çıxış etmək planlaşdırılır.

Gürcüstan prezidentinin administrasiyasının məlumatına görə, prezidentin çıxışının əsas mövzusu işğal və Gürcüstan ərazilərinin qeyri-qanuni borderizasiyası olacaq.

Litvanın sabiq prezidenti Valdas Adamkusun adına olan konfrans avqustun 22-23-də keçiriləcək və Avropa və ABŞ arasındaki münasibətlərə və həmçinin Şərq Qonşuluğu məsələlərinə aid olacaq.