Salome Zurabişvili bu gün Fransaya səfər edəcək
Salome Zurabişvili bu gün Fransaya səfər edəcək

Gürcüstan prezidenti, Salome Zurabişvili bu gün Fransaya səfər edəcək. Hökumət sərəncamına uyğun olaraq, avqustun 26-dan 31 avqust da daxil olmaqla, Parisdə işçi səfər çərçivəsində, Zurabişvili “MEDEF International” konfransında iştirak edəcək, həmçinin hakimiyyət nümayəndələri ilə görüşəcək.

Bununla yanaşı, Salome Zurabişvili 31 avqustda Polşaya gedəcək. Polşaya səfər çərçivəsində, 31 avqustdan 2 sentyabr da daxil olmaqla, prezident İkinci Dünya Müharibəsinin başlamasının 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək, həmçinin Polşa hakimiyyəti nümayəndələri və dəvət olunan yüksək vəzifəli şəxslərlə görüşəcək.

İkinci Dünya Müharibəsinin başlamasının 80-ci ildönümünə həsr olunmuş tədbirdə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp da iştirak edəcək.