Salome Zurabişvili Brüsseldə Yohannes Han ilə görüşdü

Brüsselə rəsmi səfəri çərçivəsində, Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqının qonşuluq siyasəti və genişlənməsi haqqında danışıqlar məsələləri üzrə Avrokomisar Yohannes Han ilə görüşdü.

Görüş zamanı, tərəflər Gürcüstanın Avropa dəyərlərinə doğru çırpınışı və cari ilin Gürcüstan-Avropa İttifaqı münasibətləri üçün nə qədər önəmli olduğu haqqında müzakirə apardılar.

Brüsselə səfər çərçivəsində Salome Zurabişvili həmçinin, Avropa Şurasının prezidenti Donald Tuskla, Avrokomisiyanın prezidenti Jan-Klod Yunkerlə, və Avroparlamentin  prezidenti Antonio Tianislə də görüşlər keçirəcək.

Gürcüstan prezidentinin Brüsselə səfəri yanvarın 23-ə qədər davam edəcək.