Salome Zurabişvili Brüsseldə Avropa strukturları nümayəndələri ilə görüşlər keçirəcək
Salome Zurabişvili Brüsseldə Avropa strukturları nümayəndələri ilə görüşlər keçirəcək

Gürcüstan prezidenti Salome Zurabişvili ilk işçi səfərlə Brüsseldədir. Salome Zurabişvili Avropa strukturları nümayəndələri ilə görüşlər keçirəcək.

Birinci Kanalın jurnalistinin verdiyi məlumata görə, Gürcüstan prezidenti bu gün Donald Tusk ilə görüşəcək. Görüşdən sonra birgə bəyanatlar planlaşdırılıb.

Salome Zurabişvili həmçinin Avropa Komissiyasının prezidenti, Jan Klod Yunker ilə də görüşəcək. Görüşdən sonra birgə brifinq planlaşdırılıb.

Elə bu gün Avropa Parlamentində görüşlər planlaşdırılıb.

Brüsselə ilk işçi səfər çərçivəsində, Salome Zurabişvili NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşəcək.