Salome Zurabişvili BMT-nin təsis edilməsinin 75-ci ildönümünə həsr olunan yüksək səviyyəli görüşdə iştirak edəcək
Salome Zurabişvili BMT-nin təsis edilməsinin 75-ci ildönümünə həsr olunan yüksək səviyyəli görüşdə iştirak edəcək

Gürcüstan prezidenti Salome Zurabişvili, dünya liderləri ilə bərabər BMT-nin təsis edilməsinin 75-ci ildönümünə həsr olunan yüksək səviyyəli görüşdə iştirak edəcək, hansı ki, pandemiyaya görə virtual rejimdə keçiriləcək.

Bu haqda məlumatı prezidentin mətbuat xidməti yayır.

Tədbir Gürcüstan vaxtı ilə, bugün saat 17:00-da başlayacaq.

Gürcüstan prezidentinin BMT-nin üzv ölkələrinin liderlərinə müraciəti onlain video-müraciət rejimində təqdim olunacaq.