Salome Zurabişvili - Biz bir dövlət olaraq, öncə sərhədlərimizi müəyyənləşdirməliyik, sonra da onları müdafiyə etməliyik
Salome Zurabişvili - Biz bir dövlət olaraq, öncə sərhədlərimizi müəyyənləşdirməliyik, sonra da onları müdafiyə etməliyik

Biz bir dövlət olaraq, öncə sərhədlərimizi müəyyənləşdirməliyik, sonra da onları müdafiyə etməliyik, – bu bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili, Gürcüstanın Birinci Kanalının “Azad baxış” verlişindəki eksklüziv müsahibəsində, Davit-Qareci məsələsini müzakirə edərkən verdi.

Prezident qonşu Azərbaycan və Ermənistanla razılaşılmayan sərhəd ərazilərini nəzərdə tuturdu.

Prezidentin dediyinə görə, komissiyalar bu məsələ ilə bağlı müəyyən mərhələyə çatmışdılar, ancaq demarkasiya prosesi yenə dayandırıldı.

“Başa düşmürəm, biz dost ölkələr arasında bu prosesi niyə başa çatdırmamalıyıq. Rəsmi razılaşmalara görə də, komisiya bu istiqamətdə işləməli idi.

Danışıqların nəticəsi artıq müəyyənləşdirilmiş sərhədlər olmalıdır. O sərhədlərin hardan keçəcəyini dəqiq deyə bilmərəm, amma sərhəd mütləq müəyyənləşdirilməlidir. Bu bizim gələcəyimiz üçün çox vacibdir. Bunun başqa yolu yoxdur” – dedi Salome Zurabişvili.

Şərh yaz