Salome Zurabişvili beynəlxalq ictimaiyyətə, işğal edilmiş ərazilərdə humanitar faciənin dayandırılması məqsədi ilə, dərhal effektiv yolların axtarılması üçün müraciət edir
Salome Zurabişvili beynəlxalq ictimaiyyətə, işğal edilmiş ərazilərdə humanitar faciənin dayandırılması məqsədi ilə, dərhal effektiv yolların axtarılması üçün müraciət edir

“Digər təhlükələrlə bərabər, işğal edilmiş ərazilər Gürcüstan üçün gündəlik problem olaraq, qalır”, – bu barədə bəyanatı Gürcüstan prezidenti salome Zurabişvili Batumidə keçirilən Müdafiyə və Təhlükəsizlik konfransında verdi.

Onun dediyinə görə, işğal, Rusiya ilə münasibətlərdə daimi gərginlik və bilinməz sayda insindentlər deməkdir.

“Gürcüstan bu insindentlərdən baş qaçırdmağa çalışır, çünki güc istifadə etməyə qarşıdır, ancaq işğal ərazisindəki əhalinin humanitar çətinlikləri sabitlik üçün təhlükə yaradır və hər an münaqişəyə səbəb ola bilər” – dedi prezident.

Salome Zurabişvili keçən həftə baş verən fakt haqqında da danışdı. İşğal rejimi tərəfindən yaradılan maneələrə görə, 70 yaşlı qadın xəstəxanaya aparıla bilmədi və həyatını itirdi.