Salome Zurabişvili bazar günü artıq sabiq prezident Giorgi Marqvelaşvili ilə görüşəcək
Salome Zurabişvili bazar günü artıq sabiq prezident Giorgi Marqvelaşvili ilə görüşəcək

Gürcüstanın yeni seçilən prezidenti Salome Zurabişvili və hələ qüvvədə olan sabiq prezident Giorgi Marqvelaşvilinin görüşü bazar günü, dekabrın 3-də keçiriləcək.

Bu barədə məlumatı Birinci Kanala prezident administrasiyasına rəhbərlik edəcək olan Laşa Jvaniya verdi.

Onun dediyinə görə, görüş zamanı söhbət yeni prezidentin inauqurasiyası və işlərin təhvili haqqında aparılacaq.

Giorgi Marqvelaşvili noyabrın 29-da Salome Zurabişviliyi prezident seçkilərindəki qalibiyyəti ilə təbrik etdi.