Salome Zurabişvili - bayraq altında ölkəmizin müstəqilliyi, onun azadlığı və bütün bizim üçün dəyərli olanlarlar durur
Salome Zurabişvili - bayraq altında ölkəmizin müstəqilliyi, onun azadlığı və bütün bizim üçün dəyərli olanlarlar durur

Salome Zurabişvili – bayraq altında ölkəmizin müstəqilliyi, onun azadlığı və bütün bizim üçün dəyərli olanlarlar durur, – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Atoneli igamətgahında bəyan etdi. Burada dövlət bayrağı günü ilə bağlı qəbul təşkil edildi.

Bununla yanaşı prezident məktəb şağirdlərinə ev sahibliyi etdi və bayrağın əhəmiyyətindən danışdı. Dövlət himni səsləndirildi.

“Hər birinizi dövlət bayrağı günü münasibəti ilə təbrik etmək istəyirəm. Dövlət bayrağı çox önəmlidir və mən sevinirəm ki, bu barədə gənclərlə söhbət edirəm. Bu bizim tarixi bayrağımızdır. Gürcülər bir çox bayraq altında mübarizə aparırdılar. Şəxsən mən xaricdə üç rəngli bayraq altında böyüdüm. Bu bayraq bizim dövlət bayrağımızdır. Ona hörmət bəsləməliyik. Bu bayrağı, burada və xaricdə əsgərlərimiz, sərhədçilərimiz, vətəndaşlarımız müdafiə edirlər. Ona bizim idmançılarımız hörmət edirlər. Bu bayraq altında mədəniyyətimizi daşıyırıq. Bu bayraq altında ölkəmizin müstəqilliyi, onun azadlığı və bütün bizim üçün dəyərli olanlarlar durur”, – Salome Zurabişvili bəyan etdi.