Salome Zurabişvili - Başqalarına imkan verək, yüksək səslə dalaşıb, təhqir yağdırsınlar və bibər yesinlər
Salome Zurabişvili - Başqalarına imkan verək, yüksək səslə dalaşıb, təhqir yağdırsınlar və bibər yesinlər

Müstəqil prezident namizədi Salome Zurabişvili bugün seçicilərlə Saçxeredə görüşdü.

Zurabişvili Saçxereyə rayonun majoritar deputatı Paata Kvijinadze və “Gürcü Arzusu” fraksiyasının sədr müavini Beka odişaria ilə bərabər getdi.

Saçxerenin Mədəniyyət Evində Salome Zurabişvili seçicilərə öz seçki proqramını təqdim etdi.

“Sizin dəstəyinizə ehtiyacım var. Hazırda mənə qarşı təhqir və aqressiya kampaniyası həyata keçirilir. 16 ildir Gürcüstan siyasətindəyəm və bu mənim üçün daha öncə qarşılaşmadığım hal deyil. Təəssüf ki, siyasət baxımından Avropaya yaxınlaşa bilmirik. Mənə qarşı olanlar düşünürlər ki, qadındır, ailəsi burada deyil və onu sındırmaq asan olacaq, ancaq bu o qədər də asan deyil. Sakit olan daha uzağa gedir, ona görə də, təhqir yağdıranlara bu imkanı verək, dalaşsınlar və bibər yesinlər” – dedi Salome Zurabişvili Saçxerelilərlə görüş zamanı.