Salome Zurabişvili Avropa Şurası Parlament Assambleyasında nitqlə çıxış edəcək
Salome Zurabişvili Avropa Şurası Parlament Assambleyasında nitqlə çıxış edəcək

Gürcüstan prezidenti, Salome Zurabişvilinin Avropa Şurasında işçi səfəri bu gün başlayacaq. Avropa Şurasının dəvəti ilə, Gürcüstan prezidenti Avropa Şurası nazirlər komitəsində Gürcüstanın sədrliyi çərçivəsində, Avropa Şurası Parlament Assambleyasında nitqlə çıxış edəcək, çıxıdan sonra Parlament Assambleyası üzvlərinin suallarına cavab verəcək.

Gürcüstan prezidenti mətbuat xidmətinin məlumatına görə, Gürcüstan prezidentinin Avropa Şurası yüksək vəzifəli şəxsləri ilə görüşləri planlaşdırılıb: Avropa Şurası Parlament Assambleyası prezidenti Hendrik Dems, Avropa Şurası baş katibi Mariya Peyçinoviç Buriç, İnsan Hüquqları Müdafiəsi komissarı Duniya Miatoviç, İnsan Hüquqları Avropa Məhkəməsi prezidenti Linos-Aleksandre Sisilianos ilə.

Strasburqa işçi səfər çərçivəsində, Salome Zurabişvili holokost qaurbanları xatirəsi beynəlxalq gününə həsr olunmuş tədbirdə iştirak edəcək və nitqlə çıxış edəcək.

Günün sonunda isə, Gürcüstan prezidenti adından qəbul keçiriləcək. Burada gürcü dizayneri, Keti Çxikvadzenin yaz-yay kolleksiyasının göstərişi keçiriləcək.

Şərh yaz