Salome Zurabişvili - Arzu edirəm ki, bu yeni il birliyimizin və həmrəyliyimizin ili olsun
Salome Zurabişvili - Arzu edirəm ki, bu yeni il birliyimizin və həmrəyliyimizin ili olsun

Arzu edirəm ki, bu yeni il birliyimizin və həmrəyliyimizin ili olsun, – Bu sözlərlə Gürcüstan prezidenti Salome Zurabişvili yeni il təbrikində, əhaliyə müraciət etdi.

“Əziz soydaşlarım, yeni ilinizi təbrik edirəm! Sizə xoşbəxtlik, müvəffəqiyyət və ölkəmizdə və ailənizdə sülh arzulayıram!

2019-cu ilin birlikdə nail olduğumuz nəticə ilə başa çatdı! Vaja Qaprindaşvilinin misalı bizə onu düşünməyə imkan verdi ki, gərginliklərə və polyarizasiyaya baxmayaraq, biz birgə məqsədimiz ətrafında həmrəy olub, birləşməyi bacarırıq!

Yeni ildə də bunu düşünüb, inanmalıyıq ki, birlik olduğumuz yerdə, hərşeyi bacara bilərik!

Hər birinizə, birləşmiş, tam bir Gürcüstanda yaşamağı arzu edirəm! – dedi prezident.