Salome Samadaşvili - Nika Melianın Avropa İttifaqının girovu ilə həbsxanadan çıxmaq qərarını salamlayıram
Salome Samadaşvili - Nika Melianın Avropa İttifaqının girovu ilə həbsxanadan çıxmaq qərarını salamlayıram

Nika Melianın Avropa İttifaqının girovu ilə həbsxanadan çıxmaq qərarını salamlayıram, – bu bəyanatı “Milli Hərəkatın” üzvü Salome Samadaşvili sosiyal şəbəkədən yayır.

Samadaşvilinin dediyinə görə, Avropa İttifaqı Nika Melianın girov məbləğini ödəməyə hazırdır və bu da onu təsdiqləyir ki, Nika Melia siyasi məhbusdur.

Təəssüf ki, o Pasxa bayramını ailəsi ilə evində keçirə bilməyəcək, ancaq ümid edirəm ki, gələn həftə həbsxananın qapısı onun üçün açılacaq.

“Milli Hərəkat” Şarl Mişelin sənədini imzalasa doğru hərəkət olar. İqtidar və müxalifət arasında amnistiya qanulayihəsi ilə bağlı fikir ayrılığı var və xüsusi komisiya yaradılıb, bu məsələ ilə bağlı müzakirə aparmaq lazımdır.  Bu qərar müxalifət daxilindəki fikir ayrılıqlarını da düzəldə bilər.

Avropalı və Amerikalı partnyorlarımıza təşəkkür edirik ki, ölkəmizə bir Avropa ölkəsi kimi siyasi krizisdən çıxış yolu təqdim etdilər.

Hərkəsi Pasxa bayramı ilə təbrik edirəm, ümid, sakitlik və yeniliklər arzulayıram”, – yazır Salome Samadaşvili.