Salencixada yol qəzası nəticəsində motosiklet sürücüsü dünyasını dəyişdi
Salencixada yol qəzası nəticəsində motosiklet sürücüsü dünyasını dəyişdi

Salencixada “Meurneoba” ərazisində yol qəzası baş verdi. Bir-birilə “Mersedes” markalı minik maşını və motosiklet toqquşdular. Nəticədə motosikletin sürücüsü, 1991-ci il təvəllüdlü vətəndaş yerindəcə öldü.

Bununla yanaşı, yol qəzası zamanı motosiklüt sürücüsü ilə birgə olan sərnişin xəsarət aldı, onu Zuqdidi Referal Xəstəxanasına yerləşdirdilər.

Həkimlərin bəyan etdiyinə görə, xəsarət alanın vəziyyəti ağırdır. O, təxirə salınmaz şöbədə süni tənəffüs aparatına qoşulub və bu vaxta qədər müayinə olunur.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yol qəzası ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276 -cı maddəsi ilə istintaq başlayıb.