Salencixa munisipalitetinin Sakrebulo sədri olaraq "Gücüstan üçün" partiyasının üzvünü seçdilər
Salencixa munisipalitetinin Sakrebulo sədri olaraq "Gücüstan üçün" partiyasının üzvünü seçdilər

Salencixa munisipalitetinin Sakrebulo sədri olaraq “Gücüstan üçün” partiyasının üzvü, Korneli Saliyanı seçdilər. O, bu vəzifəyə yeganə namizəd idi. Korneli Saliyanı 14 deputat dəstəklədi.

Sədrin seçkilərində “Gürcü Arzusu” fraksiyasının üzvləri iştirak etməyiblər. Onlar etiraz əlaməti olafraq iclası tərk etdilər.

Bugünki iclasda 27 üzvdən 24 üzv iştirak edirdi. Seçkilərdə 15 deputat iştirak etdi, buran 14 deputat Qaxariyanın partiyasının namizədini dəstəklədi.

Salencixa munisipalitetinin Sakrebulosunda “Milli Hərəkatın” 11 mandatı var. “Gürcü Arzusunun” həmçinin 11 mandatı var, “Gürcüstan üçün” partiyasının üç, biri “Lelonun” və biri də müstəqil deputatdır, hansı da seçkilərdən sonra Qaxariyanın partiyasını tərk etdi.