Salame Zurabişvili - Rusiya Gürcüstanı, NATO və Avropaya doğru getdiyi yoldan bir santimetr belə döndərə bilmədi
Salame Zurabişvili - Rusiya Gürcüstanı, NATO və Avropaya doğru getdiyi yoldan bir santimetr belə döndərə bilmədi

“Şpigel” alman nəşri Gürcüstan prezidenti Salome Zurabişvili barəsində “Hər gün təxribatlar, Gürcüstan prezidenti Putin barəsində, öz ölkəsinin Avropa İttifaqına doğru cədləri və fransızın Qafqazda ölkə başçısı” adlı məqaləni dərc etdirir. Salome Zurabişvili ilə müsahibəni Kristian Eş yazdı.

“Avropa İttifaqının üzvü olan ölkələr, əksər hallarda Avropandan yorulmuş görünürlər. Biz isə, kənardan müşahidə edənlər, həyacanlıyıq”, – Salome Zurabişvili bəyan edir.

Suala ki, Gürcüstanın da Ukrayna kimi eyni problemi var – siyasi elita Avropa İttifqaı və NATO-nun üzvlüyünü istəyir, lakin eyni zamanda Rusiya ilə, ərazi mübahisələri var, Zurabişvili cavab verir: “Gürcüstanda bu yalnız elita deyil. Əhalidə də bu barədə geniş konsesus var”.

“Şpigelin” sualına ki, Gürcüstan prezidenti NATO-nun və ya Avropa ittifaqının üzvü olmağını nə qədər vaxta təsəvvür edir, Zurabişvili qeyd edir ki, Avropa İttifaqının genişlənməsi qərarı hazırda və yaxın gələcəkdə qeyri-realdır. Bununla yanaşı qeyd edir ki, hazırda Gürcüstanın üzv olmağa daha artıq şansları var, nəinki 2-3 il bundan əvvəl.

Kristian Eşin sualına ki, Rusiya prezidenti onun Gürcüstan prezidenti olaraq seçilməsini təbrik etdi və ya yox, Zurabişvili cavab verdi ki, təbrik etməyib.

Salome Zurabişvilinin dediyinə görə, “Rusiya Gürcüstanı, NATO və Avropaya doğru getdiyi yoldan bir santimetr belə döndərə bilmədi”

Şərh yaz