Sakavre kəndinin yanında baş verən yanğının likvidasiya çalışmaları davam edir
Sakavre kəndinin yanında baş verən yanğının likvidasiya çalışmaları davam edir

Qori rayonunun Sakavre kəndinin yanında baş verən yanğının likvidasiya çalışmasımaları səhər saat 07:00-dan yenidən başladı və bu vaxta qədər davam edir.

Bu barədə məlumatı Fövqəladə hallar xidməti yayır.

İdarənin məlumatına görə, yanğın söndürmə prosesində sərhəd polisinin üç helikopteri iştirak edir.

Hadisə yerində 14 yanğın söndürən maşın və 250 yanğın söndürən işləyir.

“Vəziyyət nəzarət altındadır. Yanğının əsas yeri söndürülüb və hazırda kiçik ocaqları söndürülür” – deyilir Fövqəladə hallar xidmətinin bəyanatında.