Saçxere karantin məkanına 30 insan daxil etdilər
Saçxere karantin məkanına 30 insan daxil etdilər

Saçxere Tibb Mərkəzinin nəzdində olan mehmanxana karantin məkanına dünən, gecə 30 insan yerləşdirdilər. Onların hamısı İtaliyada olmuşdur.

Saçxere Tibb Mərkəzinin meneceri, Maya Xeladzenin məlumatına görə, hazırda karantində cəmi 31 insan var və onların sağlamlıq durumu qənaətbəxşdir.

Həkimin məlumatına görə, koronavirus diaqnozu ilə yerləşdirilimiş gənc kişinin durumu da qənaətbəxşdir.

“Onların hər birinə instruksiya verilib və iki həftə ərzində müşahidə edəcəyik. Bu insanları birbaşa aeroportdan gətirdilər. Hazırda onlarda virus əlamətləri qeyd olunmur”, – Maya Xeladze bəyan etdi.