Saimedo kəndində avto-qəza nəticəsində bir nəfər həlak oldu
Saimedo kəndində avto-qəza nəticəsində bir nəfər həlak oldu

Bağdati munisipalitetinin Saimedo kəndində baş verən avto-qəza bir nəfərin ölümünə səbəb oldu.

Görənlərin məlumatına görə, yüksək sürətlə gedən avtomobil yoldan kənara çıxaraq, ağaca toqquşdu.

Qəza zamanı avtomobildə sadəcə sürücü var idi və hadisə yerindəcə həlak oldu.

Hadisə yerində ekspert-kriminalistlər işləyirlər.