Bu gündən etibarən Gürcüstan Avropa Şurası sədrliyini təhvil alacaq
Bu gündən etibarən Gürcüstan Avropa Şurası sədrliyini təhvil alacaq

Gürcüstan 2019-cu il 27 noyabrdan 2020-ci il mayın 15-ə qədər Avropa Şurası Nazirlər Komitəsinin sədr ölkəsi olacaq.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, sədrliyin təhvil verilməsinin rəsmi mərasimi Strasburqda, cari ilin noyabrın 27-də baş verəcək. Gürcüstan sədrliyi Fransadan, iclasda təhvil alacaq.

Gürcüstana Fransa tərəfindən Avropa Şurası sədrliyinin rəmzi açarı təhvil veriləcək.

Xarici İşlər Nazirliyinin məlumatına görə, David Zalkaliani Avropa Şurası nazirlər müavinləri komitəsinə nitqlə müraciət edəcək və Gürcüstanın sədrliyi prioritetlərini təqdim edəcək.

Sədrliyin rəsmi təhvil verilməsi mərasiminə qədər, Avropa Şurası Məhkəməsi binasından Gürcüstan Xarici İşlər naziri və Avropa Şurası üzv ölkələrinin daimi nümayəndələri, üzərində gürcü əlifbası və Gürcüstanın sədrliyi loqosu olan tramvayla səyahət edəcəklər. Sonra isə, Strasburq Respublika Meydanında Gürcüstanın sədr ölkəsi kimi dövlət bayrağı ucaldılacaq və dövlət himni səsləndiriləcək.

Tramvay gürcü əlifbası və Gürcüstanın sədrliyi loqosu ilə Strasburqda 6 ay ərzində hərəkət edəcək.

Sədrliyin altı ay ərzində Gürcüstan, Avropa Şurası çərçivəsində 20-ə qədər tədbirə təşkilatçılıq etməli olacaq.