Sabah "Astrazeneka" vaksinasının ikinci dozası üçün qeydiyyat başlayır
Sabah "Astrazeneka" vaksinasının ikinci dozası üçün qeydiyyat başlayır

Sabah, mayın 5-dən, “Astrazeneka” vaksinasının ikinci dozası üçün qeydiyyat başlayır.

Xəstəliklər Nəzarətinin Milli Mərkəzindən Gürcüstanın Birinci Kanalına verilən məlumata görə, qeydiyyat sabah günün ikinci yarısından başlayacaq.

Birinci peyvənddən 4-12  həftəlik interval ilə, vətəndaşlar vaksinanın ikinci dozası üçün qeydiyyatdan keçəcəklər.

“Astrazeneka” vaksinasının birinci dozasını alan vətəndaşlar üçün yaş məhdudiyyəti olmayacaq.

Xatırladaq ki, mayın 6-da, ölkə “Astrazeneka” vaksinasının 43 mindən artıq dozasını dözləyir, hansının gətirilməsinə “UNİCEF” yardım edir.

Eyni miqdarda vaksinanın ilk partiyasını ölkə martın 13-də aldı.

Şərh yaz