Saba Buadze - "Gürcü Arzusu" ilə siyasi razılaşmanın baş tutmayana qədər, yerli seçkilər barəsində söhbət erkəndir
Saba Buadze - "Gürcü Arzusu" ilə siyasi razılaşmanın baş tutmayana qədər, yerli seçkilər barəsində söhbət erkəndir

“Lelo” yerli özünüidarəetmə seçkilərində iştirak etmək əhaval-ruhiyyəsindədir, lakin ölkədə ciddi siyasi böhranımız var və bu böhranın dəf edilməsinə qədər, yerli seçkilər barəsində söhbət çox erkəndir,  – bu barədə “Lelo” partiyasının üzvü, Saba Buadze bəyan etdi.

Elə onun dediyinə görə, indi onların diqqəti ona yönəldilibdir ki, “Gürcü Arzusu” ilə siyasi razılaşma baş tutsun ki, böhran aradan götürülsün.

“Hələ yerli özünüidarəetmə seçkilərinə çox vaxt var və indi bizim diqqətimiz ona yönəldilibdir ki, “Gürcü Arzusu” ilə siyasi razılaşma baş tutsun ki, böhran aradan qaldırılsın.

Bu çox önəmli şərt yerinə yetirilməyənə qədər, yerli özünüidarəetmə seçkiləri barəsində söhbət çox erkəndir. Lelo” Parlament seçkilərində, eləcə də yerli özünüidarəetmə seçkilərində iştirak etmək əhaval-ruhiyyəsindədir”, – Saba Buadze bəyan etdi.

Şərh yaz